
Rusiya, ABŞ və Ukraynanın nümayəndələrindən ibarət üçtərəfli işçi qrupunun Əbu-Dabidə keçirilən danışıqları bu gün yekunlaşıb.
Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib ki, görüş zamanı tərəflər sülh sazişinə aparan yolda müəyyən irəliləyiş əldə ediblər. Hazırda böhranın həlli ilə bağlı bir neçə ssenari üzrə müzakirələr davam edir.





