
Ukraynanın üçüncü prezidenti, 2005–2010-cu illərdə ölkəyə rəhbərlik etmiş Viktor Yuşenko Bakıya səfər edib.
Bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev “X” sosial şəbəkə hesabında paylaşım edib.
“Ukraynanın üçüncü prezidenti Viktor Yuşenkonu Bakıda qarşılamaqdan şərəf duyuram!” – deyə səfir paylaşımında bildirib.
Qeyd edək ki, Viktor Yuşenkonun Bakı səfərinin məqsədi ilə bağlı hələlik əlavə məlumat açıqlanmayıb.
Qanuntv.az





