
Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin bir qrup əməkdaşı bu ölkənin Azərbaycandakı səfirliyində olub.
Qanuntv.az xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev “X” sosial şəbəkə hesabında paylaşım edib.
Məlumata görə, görüş çərçivəsində keçən il Tokioda keçirilən UMAC (Ukraine Mine Action Conference 2025) zamanı imzalanmış Anlaşma Memorandumu əsasında Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) ilə əməkdaşlığın davam etdirildiyi qeyd olunub.
Səfir bildirib ki, tərəflər arasında təlimlərin təşkili, təcrübə mübadiləsi və minatəmizləmə sahəsində konkret addımların atılması istiqamətində işlər görülür.
Yuri Qusev həmçinin Azərbaycana göstərilən dəstək və həmrəyliyə görə təşəkkür edib.





