
Bərdə rayonu üzrə təhsil sektorunun müdiri Nicat İsmayılov vəfat edib.
Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Məlumata görə, Nicat İsmayılov bu gün qəfil ürək çatışmazlığından dünyasını dəyişib.
Qeyd edək ki, Nicat İsmayılov 2025-ci ilin oktyabr ayında Bərdə rayonu üzrə təhsil sektorunun müdiri vəzifəsinə təyin edilmişdi. O, bundan əvvəl Bərdə şəhər 8 nömrəli tam orta məktəbin direktoru, eləcə də müxtəlif təhsil müəssisələrində müəllim və direktor vəzifələrində çalışıb.
Nicat İsmayılovun vəfatı təhsil ictimaiyyətində böyük kədər və təəssüf hissi ilə qarşılanıb.
Qanuntv.az





