
Goranboy rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə zamanı Türkiyə vətəndaşı, 1969-cu il təvəllüdlü S.Hakyemezin idarə etdiyi “Iveco” markalı iritonnajlı yük avtomobili magistral yolun dəmir arakəsməsinə çırpılıb.
Qəza nəticəsində xəsarət alan olmayıb. Lakin avtomobilə və yol təsərrüfatına ciddi ziyan dəyib.
Hadisə zamanı yük avtomobilinin yük yerində olan dəmir konstruksiyalar yola dağılıb. Bundan əlavə, avtomobildən təxminən bir ton yanacaq yola tökülüb.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub. Yola dağılan yanacaq xüsusi tədbirlər görülməklə təmizlənib.
Faktla bağlı araşdırma aparılır.
Qanuntv.az





