
Bakıda daş karxanasında bədbəxt hadisə baş verib.
Hadisə zamanı Cəlilabad rayon sakini, 1961-ci il təvəllüdlü Rabil Zərbəliyev işlədiyi daş karxanasında xəsarət alaraq həyatını itirib.
İlkin məlumata görə, 65 yaşlı kişi mişardan aldığı xəsarət nəticəsində dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
Qanuntv.az





