
UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək “Sabah” (Azərbaycan) – “Hapoel Beer-Şeva” (İsrail) qarşılaşmasının biletləri satışa çıxarılıb.
Bu barədə “Sabah” klubunun rəsmi “Instagram” hesabında məlumat paylaşılıb.
Qeyd edək ki, “Sabah” – “Hapoel Beer-Şeva” qarşılaşması avqustun 25-də saat 20:45-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.
Futbolsevərlər qarşılaşmanı canlı izləmək üçün artıq biletləri əldə edə bilərlər.
Qanuntv.az





