
UEFA Avropa Liqasının II təsnifat mərhələsində keçiriləcək "Qarabağ" – "ÇSKA Sofiya" (Bolqarıstan) qarşılaşmasının biletləri satışa çıxarılıb.
Qanuntv.az xəbər verir ki, bu barədə "Qarabağ" Futbol Klubunun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq oyunun standart biletləri 5, 10, 15 və 20 manat qiymətinə satışdadır. VIP sektorlar üzrə biletlərin qiyməti 50, 75 və 100 manat, VVIP sektor üzrə isə 150 manat müəyyən edilib.
Azarkeşlər biletləri iTicket.az-ın rəsmi internet saytı və mobil tətbiqi vasitəsilə əldə edə bilərlər. Onlayn alış zamanı hər hansı problem yaranacağı təqdirdə isə iTicket-in satış məntəqələrinə, "Park Bulvar" Ticarət Mərkəzində yerləşən "Qarabağ" FK-nın fan-şopuna və Tofiq Bəhramov adına Respublika stadionunun kassalarına müraciət etmək mümkündür.
Qeyd edək ki, UEFA Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində keçiriləcək "Qarabağ" – "ÇSKA Sofiya" qarşılaşması iyulun 23-də saat 20:00-da start götürəcək.





