
Misli Premyer Liqasının 2-ci turunun oyun cədvəli məlum olub.
Peşəkar Futbol Liqasının məlumatına görə, turun qarşılaşmaları 22 və 23 avqust tarixlərində keçiriləcək. Bütün oyunlar “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq.
22 avqust
“Qəbələ” – “Şəfa”
Qəbələ şəhər stadionu, 18:30
“Zirə” – “İmişli”
Zirə İdman Kompleksinin stadionu, 20:45
23 avqust
“Turan Tovuz” – “Şamaxı”
Tovuz şəhər stadionu, 18:30
“Neftçi” – “Araz-Naxçıvan”
“Palms Sports Arena”, 20:45
Qeyd edək ki, Azərbaycanı UEFA Çempionlar Liqasında və UEFA Konfrans Liqasında təmsil edən “Sabah” və “Qarabağ” klublarının müraciətləri, həmçinin onların rəqiblərinin razılığı nəzərə alınaraq, “Sabah” – “Sumqayıt” və “Qarabağ” – “Kəpəz” qarşılaşmalarının təxirə salınmasına qərar verilib.
Qanuntv.az





