
Arzu Əliyeva uzun illərdir Azərbaycan mediasında və kino sahəsində peşəkar fəaliyyəti ilə tanınır. Onun rəhbərlik etdiyi Bakı Media Mərkəzi ölkənin ən aparıcı media qurumlarından biri kimi sənədli və bədii filmlərin, eləcə də müxtəlif audiovizual layihələrin hazırlanması ilə məşğuldur. Mərkəz tərəfindən ərsəyə gətirilən media məhsulları Azərbaycanın tarixi, mədəniyyəti və milli maraqlarının yerli və beynəlxalq auditoriyaya çatdırılmasında mühüm rol oynayır. Arzu Əliyeva müasir media yanaşmalarının tətbiqi, peşəkar kadrların yetişdirilməsi və keyfiyyətli kontentin istehsalı istiqamətində ardıcıl fəaliyyət göstərir.
Qanuntv.az kollektivi olaraq Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyevanı doğum günü münasibətilə təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür və məsuliyyətli fəaliyyətində davamlı uğurlar arzulayırıq. Arzu edirik ki, gələcək fəaliyyətində də Azərbaycan mediasının inkişafına töhfə verən yeni və uğurlu layihələrə imza atsın.





