
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Lənkəran rayonunun Velədi kəndində vətəndaşın köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Dərhal Cənub Regional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb olunub. Əməliyyat zamanı müəyyən edilib ki, 1970-ci il təvəllüdlü Məhərrəmov Taleh Abidin oğlu “İsuzu” markalı avtobusun təmiri zamanı nəqliyyat vasitəsinin dayaqdan sürüşməsi nəticəsində avtobusun altında qalıb.
Xilasedicilər operativ şəkildə vətəndaşı avtobusun altından çıxarıb və ona ilkin tibbi yardım göstərilib.





