
Məlumata görə, naməlum səbəbdən gəminin çevrilməsi nəticəsində azı iki nəfər həlak olub, bir neçə nəfər isə itkin düşüb. Hadisə yerinə dərhal xilasetmə qrupları cəlb edilib, axtarış-xilasetmə əməliyyatları davam etdirilir.
Rəsmi qurumlar qəzanın dəqiq səbəbləri ilə bağlı araşdırmalara başlayıb. İlkin ehtimallara görə, güclü dalğalanma və əlverişsiz hava şəraiti insidentə səbəb ola bilər.
Qeyd edək ki, Huanyan adası ətrafı Pekin və Manila arasında uzun müddətdir gərginlik mənbəyi olaraq qalır və bölgədə tez-tez insidentlər qeydə alınır.
Hadisə ilə bağlı əlavə məlumatlar dəqiqləşdirilir.
QanunTV.az





