
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Qarabağ" futbol komandasının Çempionlar Liqasının əsas mərhələsində Almaniyanın "Ayntraxt" klubuna qarşı parlaq qələbə qazanması münasibətilə təbrik edib.
Qanuntv.az xəbər verir ki, Prezident paylaşımında bildirib:
*"Hakimin ədalətsiz və qərəzli qərarlarına baxmayaraq, haqq-ədalət öz yerini tapdı. Birinci dəfə deyil ki, UEFA tərəfindən təyin edilən hakimlər ədalətsiz və qərəzli qərarları ilə Qarabağın qələbə yolunu kəsməyə çalışırlar. Ümid edirəm ki, UEFA bu hakimin kimin tərəfindən təyin olunmasına aydınlıq gətirəcək.
Ədaləti və əyilməz ruhu məğlub etmək mümkün deyil. Yaşasın Qarabağ!"*
Prezident İlham Əliyevin bu paylaşımı ölkə futbol ictimaiyyəti və azarkeşlər tərəfindən böyük maraqla qarşılanıb.





