
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində (AAYDA) yeni təyinat həyata keçirilib.
Məlumata görə, bu barədə AAYDA-nın İdarə Heyətinin sədri Vüsal Nəsirli əmr imzalayıb.
Əmrə əsasən, Fariz Əzizov Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyəti sədrinin institusional inkişaf məsələləri üzrə müşaviri vəzifəsinə təyin edilib.
Fariz Əzizov artıq yeni vəzifəsinin icrasına başlayıb.
Qanuntv.az





