
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ukraynanın sabiq prezidenti Viktor Yuşenko ilə görüşüb.
Prezident İlham Əliyev bu barədə rəsmi sosial şəbəkə hesabında paylaşım edib.
Dövlət başçısı bildirib ki, Viktor Yuşenko ilə 20 ildən artıq davam edən tanışlıqları çərçivəsində xoş xatirələri bölüşüblər, Azərbaycan-Ukrayna münasibətlərinin möhkəmləndirilməsi istiqamətində görülən birgə işləri xatırlayıblar və iki ölkə arasındakı əlaqələrin gələcək perspektivləri barədə fikir mübadiləsi aparıblar.
Görüş zamanı Ukraynanın Azərbaycandakı səfiri tərəfindən Prezident İlham Əliyevə “İrpen şəhərinin fəxri vətəndaşı” vəsiqəsi təqdim olunub.
Qanuntv.az





