
2026-cı ilin iyul ayında Azərbaycanda əlilliyə görə 243,1 min nəfər əmək pensiyası, 221,5 min nəfər aylıq sosial müavinət alıb.
Bu barədə Dövlət Sosial Müdafiə Fondu (DSMF) məlumat yayıb.
Məlumata görə, həmin dövrdə 91,8 min nəfər əlilliyə görə Prezident təqaüdü ilə təmin olunub.
Beləliklə, əlilliyi olan şəxslərə pensiya, sosial müavinət və Prezident təqaüdü formasında dövlət tərəfindən sosial ödənişlər həyata keçirilib.
Qanuntv.az





