
Salyan rayonunda yerləşən şadlıq saraylarından birində yetkinlik yaşına çatmayan şəxsin toyunun keçiriləcəyi barədə polisə müraciət daxil olub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan verilən məlumata görə, müraciət əsasında Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən zəruri tədbirlər həyata keçirilib.
Araşdırma zamanı qızın 16 yaşının tamam olduğu müəyyən edilib.
Polis əməkdaşları oğlan və qızın valideynləri ilə izahedici söhbətlər apararaq belə bir halın hüquqazidd olduğunu onların diqqətinə çatdırıblar.
Bundan sonra planlaşdırılan toy məclisi təxirə salınıb.
Qanuntv.az





