
İlham Xasməmmədli Tovuz Dövlət Peşə Təhsil Mərkəzinin direktoru vəzifəsinə təyin edilib.
Peşə Təhsili üzrə Dövlət Agentliyinin məlumatına görə, İ.Xasməmmədli 2009-cu ildə Azərbaycan Dövlət Aqrar Universitetinin Mühəndislik fakültəsində “Elektroenergetika mühəndisliyi” ixtisası üzrə bakalavr, 2014-cü ildə isə “Elektrik təchizatı” ixtisası üzrə magistr təhsili alıb.
O, 2016-2024-cü illərdə Azərbaycan Dövlət Aqrar Universitetinin Energetika kafedrasında müəllim, 2021-ci ildə “Azərişıq” ASC-nin “Qərb” Regional Enerji Təchizatı və Satışı İdarəsinin Qazax Elektrik Şəbəkəsində aparıcı mühəndis vəzifəsində çalışıb.
İlham Xasməmmədli 2025-ci ildə isə Qazax Dövlət Sosial-İqtisadi Kollecində müəllim kimi fəaliyyət göstərib.
Bildirilib ki, İlham Xasməmmədli avqustun 14-dən Tovuz Dövlət Peşə Təhsil Mərkəzinin direktoru vəzifəsinin icrasına başlayıb.
Qanuntv.az





