
Salyan rayon sakini, 28 yaşlı Tarıverdi Haqverdiyev Hüseyn oğlu Bakıda bədbəxt hadisə nəticəsində həyatını itirib.
Məlumata görə, gənc müəllimi kirayədə yaşadığı evdə elektrik cərəyanı vurub. Onun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, Tarıverdi Haqverdiyev riyaziyyat müəllimi olub və repetitor kimi fəaliyyət göstərib.
Qanuntv.az





