
Salyan rayonunda bədbəxt hadisə baş verib. Rayon sakini, 1985-ci il təvəllüdlü Ramin Vaqif oğlu Paşayev dəm qazından boğularaq həyatını itirib.
Qeyd edək ki, mərhum “Azərbaycan Dəmir Yolları” QSC-nin Mühafizə Departamentinin Hacıqabul mühafizə bölməsinin rəis müavini vəzifəsində çalışıb.
Məlumata görə, Ramin Paşayev yanvarın 25-də doğulduğu Salyan rayonunun Pambıqkənd kəndində dəfn ediləcək.
Faktla bağlı araşdırma aparılır.





