
ABŞ-ın Minnesota ştatının Minneapolis şəhərində miqrasiya siyasətinə qarşı kütləvi etirazlar keçirilib. Nümayişçilər “ICE getməlidir” şüarları ilə polis və federal agentliklərin ofislərinə yürüş edib.
Etirazlar zamanı bəzi məntəqələrdə qarşıdurmalar da qeydə alınıb. İnsanlar pankartlar tutaraq miqrasiya siyasətinə etirazlarını nümayiş etdiriblər. Yerli hakimiyyət və federal qurumlar təhlükəsizlik tədbirləri görərək vəziyyəti nəzarətdə saxlamağa çalışıb.
Etirazçılar əsasən federal agentlərin şəhərdən çıxarılmasını və miqrasiya siyasətində dəyişiklik edilməsini tələb ediblər. Aksiyalar Minneapolisdə geniş ictimai diqqət çəkib və miqrasiya mövzusunda ölkə daxilində müzakirələrə yol açıb.









