• Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Hadisə
  • Araşdırma
  • Bölgə
  • Dünya
  • İdman
  • Şou-biznes
  • Video

© 2022 Qanuntv.az - Bütün hüquqlar qorunur.

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

QanunTv.az

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Hadisə
  • Araşdırma
  • Bölgə
  • Dünya
  • İdman
  • Şou-biznes
  • Video
backend

“Xarici agent qanunu”na paradoksal yanaşma - ABŞ özü bundan imtina edə bilərmi? [xfvalue_red]

2 May, 24 - 18:30

“Xarici agent qanunu”na paradoksal yanaşma - ABŞ özü bundan imtina edə bilərmi?

Gürcüstanda qarşıdurma pik həddə çatıb. Qərbyönümlü fəallar, QHT, KİV və partiyalar parlamentə təsir göstərmək, "xarici agentlər" haqqında qanunun qəbul edilməsinə mane olmaq istəyirlər. Aprelin 15-dən etibarən vüsət alan aksiyalar getdikcə  alovlanır,  cəmiyyəti  qütblərə  bölür, qarşı-qarşıya qoyur. 

2 gün öncə aksiya iştirakçıları parlamenti mühasirəyə almağa cəhd göstərdilər. Tbilisinin mərkəzi küçələri ilə yürüş təşkil edərək  hökumət evinin, xarici işlər nazirliyinin yerləşdiyi mərkəzi rayonlarda gündəlik iş rejimini pozdular. Gürcüstan Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı qüvvələri prosesə müdaxilə etmək məcburiyyətində qaldı. 

Proseslərin qızışmasının əsas səbəbi qeyd olunan aksiyaların ABŞ və Avropa İttifaqı tərəfindən dəstəklənməsindədir.  Qərb mediası aksiyaya informasiya dəstəyi verir. Onu “demokratların avtokratlar üzərinə yürüşü” kimi təqdim edir. Təsvirləri  belədir ki, Gürcüstanda avtokrat idarəçiliyə meyl edənlər  “xarici agent qanunu”nu dəstəkləyirlər;  demokratiya tərəfdarları isə qanunun qəbuluna etiraz edirlər. 

Etirazçılar Qərbdən təkcə informasiya dəstəyi deyil, həm də siyasi güc alırlar. “Gürcü Arzusu” partiyası  "xarici agentlər" haqqında qanun layihəsini parlamentə təqdim etdiyi ilk gündən-aprelin 3-dən  etibarən ABŞ-dən təpgi görüb. Dövlət Departamentinin sözçüsü Metyu Miller aprelin 5-də açıqlama yayaraq, “Biz Gürcüstan parlamentində “xarici agentlər haqqında” qanun layihəsinin qəbul edilməsindən dərin narahatlıq keçiririk”, deyib.  Sonrakı günlərdə də bu dəstək davam edib, aksiyanın güclənməsinə səbəb olub. 

ABŞ-la yanaşı  Avropa İttifaqı da bənzər mövqe sərgiləyib. İttifaq adından yayılmış bəyanatda vurğulanır ki, “xarici agentlər haqqında qanun” qəbul edilərsə, bu, Gürcüstanın Avropa İttifaqına üzvülüyü yönündə aparılan danışıqlara zərbə vuracaq. 

Problemin əsl mahiyyəti də bu nöqtədən başlayır. Qərb institutları hadisənin mahiyyətini  kontekstdən çıxarırlar, onu öz maraqları çərçivəsindən şərh edərək ictimai rəyi çaşdırırlar.
Əslində Gürcüstan parlamentində müzakirəyə çıxarılan qanun layihəsinin adı və motivi fərqlidir.    
Onun gerçək adı "Xarici təsirin şəffaflığı haqqında qanun layihəsi”dir. Qərb mediası isə fərqli təqdimat seçib, layihəni beynəlxalq ictimai rəydə qıcıq doğuran 2 fərqli adla tanıdıb. Bəzən “xarici agent qanunu”, bəzən də “Rus qanunu” kimi adlandırıb. 

Məqsədləri bəllidir. Yanlış təqdimatlar verməklə  beynəlxalq ictimai rəyi çaşdırmaq, Gürcüstan hakimiyyətinə qarşı təzyiqləri artırmaq, fakt qarşısında qoyub  layihənin qəbul etdirilməsindən yayındırmaq istəyirlər. Necə ki, bunu keçən ilin mart ayında etmişdilər. Qanun layihəsi 2023-cü ildə ilk dəfə gündəmə gətiriləndə Qərb institutları beynəlxalq kampaniya keçirmiş, hakim partiyaya təzyiq göstərmiş, məsələni gündəmdən çıxarmışdılar. İndi də eynisini edirlər. Elə rəy yaradırlar ki, guya bu qanun qəbul edilərsə, Gürcüstan Rusiyanın təsir dairəsinə düşəcək, Avropaya inteqrasiyadan üz döndərəcək, demokratik inkişaf yolundan yayınacaq. Beləliklə, emosiyaları coşdurur, etiraz aksiyalarını qızışdırırlar.

Hansı ki, qanun layihəsinin müzakirəyə çıxarılmasının fərqli səbəbləri vardır. Dövlət öz funksiyalarına uyğun olaraq, ərazisində şəffaflıq yaratmaq, təhlükəsizlik naminə  xarici təsirləri müəyyənləşdirmək istəyir. Gürcüstanın son illərdə bu mövzuya diqqət ayırmasının ciddi səbəbləri vardır. Bu istək birdən -birə yaranamıyb. Məsələn,  2023-cü ilin oktyabr ayında Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti müəyyən edib ki, Tbilisidəki “İbis” otelində dörd gün ərzində qeyri-hökumət təşkilatlarının nümayəndələri üçün “hökuməti  devirmək, polisə müqavimət göstərmək” mövzusunda təlimlər keçirilib. CANVAS və “Şərq-Qərb İdarəetmə İnstitutu” vasitəsilə təşkil edilmiş həmin təlimlər USAİD tərəfindən maliyyələşdirilib. Qeyri-adilik ondadır ki, USAID bu tədbiri “xərçəng xəstəliyindən əziyyət çəkənlərə yardım” adı altında keçirib. Məqsəd hüquq-mühafizə orqanlarının diqqətini yayındırmaq,  gürcü fəallar üçün “iğtişaşları qızışdırmaq və hökumətin devrilməsinə yönəlmiş  təlimlərin” keçirilməsini təmin etmək olub. Təlim iştirakçılarına “zorakı etirazlar, nəqliyyatın hərəkətinin pozulması, hökumət binalarının nəzarətə götürülməsi” ilə bağlı dərslər veriblər.

Bu, Gürcüstanda USAİD-in və digər  Qərb donor institutlarının adlarının qarışdığı ilk qalmaqallı hadisə deyil. Qeyd edilən “donor institutların” müdaxiləsi ilə Gürcüstanda siyasi vəziyyət dəfələrlə qarışıb, kataklizmlər yaşanıb. Gürcüstan hökuməti indi  bu problemi birdəfəlik həll etmək istəyir. “Xarici təsirin şəffaflığı haqqında qanun layihəsi” qəbul edilərsə, imkan yaranacaq ki, ölkəyə daxil olan xarici “yardımların” təyinatı müəyyənləşdirilsin. “Humanitar yardımlar” adı altında dövlət çevrilişi üçün təlimlər keçirilməsinin qarşısı alınsın və sair. 

Amma bu, ABŞ və regionda marağı olan digər beynəlxalq güc mərkəzləri üçün əlverişli deyil. Şəffaflaşma  onların Gürcüstandakı qeyri-leqal əlaqələrini kəsir, QHT və KİV-lərdən sui-istifadə hallarının qarşısını alır. Bu baxımdan güclərini ortaya qoyur, qanun layihəsinin qəbul edilməsini əngəlləmək istəyirlər. 

Bu arada qeyd edək ki, ABŞ-nin “xarici agent qanunu”na qarşı çıxması başqa bir paradoksal halı ortaya çıxarır. Məsələ ondadır ki, “Xarici agentlər haqqında qanunun” qlobal ideya  müəllifi Amerika Birləşmiş Ştatlarının özüdür. Bu qanun  ilk nümunə kimi  1938-ci ildə məhz ABŞ-ın özündə qəbul edilib. “Xarici Agentlərin Qeydiyyatı Aktı”  (FARA-Foreign Agents Registration Act) adı ilə bu gün də mövcuddur. Həm də onun əhatə dairəsi indi daha da  genişləndirilib. 

Maliyyə qaynaqlarının 20 faizdən çox hissəsi ABŞ-dan kənarda formalaşan istənilən şəxs, qurum və şirkətlər ABŞ-də “Xarici Agentlərin Qeydiyyatı Aktı”nın təsir dairəsinə düşür. Xarici təsisatlarla maliyyə əlaqəsi olan şəxs və qurumlar ABŞ  Ədliyyə Departamentində qeydiyyatdan keçməli, fəaliyyətlərini  bu əsasda qurmalıdırlar. Nə iş gördükləri, hansı hədəflər uğrunda çalışdıqları bilinməlidir. Yəni istənilən prosesin maliyyə dövriyyəsinin ən azı 80 faizi  ABŞ-ın nəzarətində  olmalıdır. Bu çərçivəni aşanlar qeyd edilən qanun əsasında sərt şəkildə cəzalandırılırlar. 

 “Xarici Agentlərin Qeydiyyatı Aktı”nın son dövrlərdə ABŞ-da  həm  tətbiq dairəsi genişlənidirilib, həm də  onun icrasına nəzarət gücləndirilib. Qanundan irəli gələn prinsiplərin qorunması üçün ABŞ Ədliyyə Departamenti,  Milli Təhlükəsizlik Departamenti (NSD), Daxildə Əks-Kəşfiyyat və İxrac Nəzarəti Bölməsi  (CES) tərəfindən paralel nəzarət həyata keçirilir.  

Həmçinin, təsir dairəsi genişləndirilən Qanun indi ictimaiyyətlə əlaqələr, reklam, informasiya fəaliyyəti, fandreyzinq, lobbiçilik və sair kimi ən müxtəlif sahələri,  geniş spektrli fəaliyyətləri əhatə edir. 
Təqdimat formasından asılı olmayaraq, xarici agent qanunu ABŞ-ın xarici və daxili siyasət kursunun qorunmasına xidmət edir. Bu kursdan kənara çıxanlar, müəyyənləşdirilmiş prinsiplərin ziddinə hərəkət edənlər xarici agent qanununun müddəaları üzrə cəzalandırılırlar.  

2022-ci ilin aprel ayında  ABŞ Konqresinin Hüquq Komitəsi “Xarici Agentlərin Qeydiyyatı Aktı” üzrə mövcud olan problemləri müzakirəyə çıxarıb.  Müzakirəyə qatılmış VCT-lər tərəfindən qanun sərt şəkildə tənqid edilib. Məsələn,  Amerika Hüquqşünaslar Assosiasiyası təklif edib ki, heç olmasa qanunda istifadə edilən  terminlər,  ifadələr dəyişdirilsin: “Ən azı “agent” sözü “nümayəndə/təmsilçi” sözü ilə  əvəzlənsin. Çünki “agent” ifadəsi yanlış təəssürat yaradır. Bu ad altında Ədliyyə Departamentində qeydiyyatdan keçənləri ləkələyir, cəmiyyətin gözündən salır”. 

Çıxışçılar  bəhs edilən qanunun KİV və QHT sektoruna, ifadə azadlığına neqativ təsirindən də narazılıq  ediblər: “Bu qanundan siyasi məqsədlər üçün sui-istifadə edilir, tənqidi səslər  susdurulur. KİV-lər məcbur edilirlər ki, bu qanun əsasında qeydiyyata düşmək üçün özlərinin fəaliyyətləri ilə bağlı bütün təfərrüatları,  o cümlədən məlumat mənbələrini açıqlasınlar. Hansı ki, demokratik mühitlərdə KİV-lər məlumat mənbəyini açıqlamağa məcbur edilə bilməzlər. Məlumat mənbəyini açıqlamaq yalnız məhkəmə hökmü ilə istisna hallarda olmalıdır”. 

ABŞ-ın “Xarici Agentlərin Qeydiyyatı Aktı”nda vətəndaş cəmiyyəti institutlarının, o cümlədən kütləvi informasiya vasitələrinin fəaliyyəti ilə bağlı xüsusi müddəalar  vardır. Həmçinin, qanunun tətbiq edilməsinə nəzarəti həyata keçirən Ədliyyə Departamentinin bu məsələ üzrə əlavə şərtləri də mövcuddur.  Həmin şərtlərə əsasən, “Amerika siyasətinə təsir etməyə cəhd göstərən dövlətlərin ərazisində təsis edilmiş, ABŞ-da müxbir postu açmaq istəyən KİV qurumları da “xarici agent” kimi qeydiyyatdan keçməli, fəaliyyətlərini bu qanuna uyğunlaşdırmalıdırlar”.

Məhz bu şərtə uyğun olaraq, Çinin “Sinxua” Xəbər Agentliyi, Çin Mərkəzi Televiziyası, “China Daily” qəzeti ABŞ-da “xarici agent qanunu” çərçivəsində hərəkət edirlər. Eyni prinsip  Rusiyanın RİA Novosti , “Sputnik”,  “Russia Today”, Koreyanın KBS telekanalına və digər bir sıra ölkələrin  KİV-lərinə tətbiq edilib.  2019 -2020-ci illərdə isə  Ədliyyə Departamenti Türkiyə dövlət televiziyasının da xarici agent kimi qeydiyyata alınmasının zəruriliyi barədə rəy verib . Qanuna əsasən, Amerika ictimai rəyinə və siyasətinə təsir etmək məqsədi ilə aparılan bütün fəaliyyətlər bu qanuna tabe olmalıdırlar. 

Paradoks budur ki,  “Xarici agentlər”  haqqında qanun ABŞ-nin özündə mövcud olsa da, buna bənzər qanunlar digər  ölkələrdə- Rusiyada, Macarstanda, Bolqarstanda, Kanadada, Avstraliyada, Ukraynada  qəbul edilərkən və ya qəbul edilməsinə təşəbbüs göstərilərkən, hər dəfə ABŞ tərəfindən etirazla qarşılanır. Yerli  və beynəlxalq səviyyəli kampaniyalar keçirilir. Bənzər qanunu qəbul etmək istəyən dövlətlərə ciddi təzyiq göstərilir və onların öz fikrindən döndərilməsi təmin edilir. Gürcüstanda baş verənlər də bu qəbildəndir. 

Tarixi müqayisə aparsaq görərik ki, ABŞ-də “Xarici agentlər haqqında qanun” 1938-ci ildə, Rusiyada isə 2011-ci ildə qəbul edilib. Yəni,  bu məzmunda qanunun qlobal ideya  müəllifi Amerika Birləşmiş Ştatlarının özüdür. Amma Qərb institutları Gürcüstan əleyhinə kampaniya apararkən, onu  “Rus qanunu” adlandırırlar. Bu məzmunda qanunun demoratik dəyərləri təhdid etdiyini vurğulayırlar. ABŞ-ın isə nə adını tutan var, nə də onu qınaq hədəfinə çevirən. 

Əgər bu qanun mahiyyəti üzrə azadlıqların ziddinədirsə, ABŞ özü  nümunə göstərərək “xarici agent qanunu”ndan imtina edə bilməzmi?  

Xeyr, etməz. ABŞ üçün sərfəli variant budur ki, onun öz ərzisində belə qanun mövcud olsun, başqalarında isə yox.  Çünki, faktlar sübut edir ki, ABŞ İkinci Dünya müharibəsindən sonra ötən 80 il ərzində dünyanı bu cür  mexanizmlərlə idarə edib, nəticədə “super dövlətə” çevrilib. Hər bir ölkədə yüzlərlə “milli QHT” və “KİV-lər” vardır  ki, onlar öz fəaliyyətlərini istisnasız olaraq Vaşinqtonla koordinasiya edirlər. Okeanın o tayından gələn tapşırıqları istisnasız olaraq yerinə yetirirlər. Bu cür peyk təşkilatları ayaqda saxlamaq və lazımi anda hərəkətə gətirmək üçün ABŞ milyonlarla dolar məbləğində vəsait ayırır. Həmin vəsaiti “donor institutlar” və “qrant layihələri” adı altında ayrı-ayrı ölkələrdəki tərəfdaş QHT və KİV-lərə ötürür. Əslində bu cür “qrantların” xərclənməsi ABŞ üçün xüsusi bir ağırlıq yaratmır. Çünki,  bu QHT və KİV-lərə “qarant” adı altında  sərf olunan hər bir sent mahiyyət etibarilə milyonlara dönüb ABŞ-ın özünə qayıdır. Belə ki, ABŞ-ın hər hansı bir ölkədə maraqları təhlükəyə düşəndə, həmin ölkədəki ABŞ yönlü  peyk QHT və KİV-lərin “prinsipiallıq duyğusu” baş qaldırır. Onlar aksiyalar, kampaniyalar təşkil etməklə milli hökumətləri fakt qarşısında qoyur, ABŞ-ın maraqlarına uyğun formada güzəştlərə sövq edirlər. Yəni, aldıqları “qrantlar” qarşılığında  ABŞ-nin maraqlarının təmin edilməsi üçün səfərbər olunurlar. ABŞ həmin ölkələrdəki “marağının” maddi qarşılığı isə milyonlarla deyil, milyardlarla  dollar məbləğində ölçülür. 

Hər hansı bir ölkədə “Xarici agent qanunu” və ya "Xarici təsirin şəffaflığı haqqında qanun” qəbul edilirsə, bu o deməkdir ki, ABŞ həmin ölkədəki qanunsuz qrant dövriyyəsi, siyasi proseslərə qanunsuz müdaxilə alətlərini itirmiş olur. Hansı ki, belə proqramların işlək halda saxlanılması üçün ABŞ-da tam bir dövlət mexanizmi yaradılıb. ABŞ ciddi cəhdlə təkid edir ki, heç bir ölkədə “xarici agentlər haqqında qanun” qəbul edilməsin. Nəticə etibarilə onun qurduğu imperiya dağılmasın.(Qafqazinfo)

ƏLAQƏDAR XƏBƏRLƏR

backend
Qanun Tiflisi AB-dən uzaqlaşdıracaq - Mişel
backend
Avropa İttifaqından Gürcüstana "xarici agentlər" qanunu barədə 4-cü ÇAĞIRIŞ
backend
Gürcüstanda iqtidar qalmaqallı "xarici agent" qanununu yenidən gündəmə gətirir
backend
Keçmiş baş nazir agent kimi tanındı - FOTO
backend
Tbilisidəki etirazlarda saxlanılanların sayı artdı - Yenilənib
[prev-url][/prev-url]

ÇOX OXUNAN

backend
Sünnət əməliyyatının pulunu dövlət ödəyəcək
12 Eyl, 24 - 11:271 832

XƏBƏR LENTİ

İlham Əliyev Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
18:2218 Mrt
Yeniyetmənin sükan arxasına keçməsi dostunun həyatı bahasına başa gəldi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
16:5618 Mrt
İlham Əliyev Xocavəndin Xanoba kəndində aparılan bərpa işləri ilə tanış olub [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
16:4818 Mrt
DTX Prezident ailəsini şantaj edən şəxsi saxlayıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:3218 Mrt
Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstanın Baş naziri İrakli Kobaxidzeyə başsağlığı məktubu ünvanlayıb. [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:1818 Mrt
Dövlət qulluqçularına verilən mükafatlar ləğv edilir – yeni əməkhaqqı sistemi tətbiq olunacaq [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:3218 Mrt
Təhsilə həsr olunmuş ömür: Sevil Tuhumovaın uğurlu fəaliyyəti [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:1918 Mrt
İlham Əliyev Almaniya Kansleri ilə telefon danışığı aparıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:5618 Mrt
Azərbaycandan İrana növbəti humanitar yardım göndərilir [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:5118 Mrt
İçərişəhərdə Buxara karvansarası bərpadan sonra açıldı – “BuxarArt” sənət məkanı istifadəyə verildi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
00:0318 Mrt
Yerli İdarəetmədə Etibarlı Simа – Mehman Şoranov [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
16:4617 Mrt
İnsan Sağlamlığının Keşiyində Dayanan Rəhbər – Kərimov Elşən [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
15:5317 Mrt
İsrail Ordusu Əli Laricaninin öldürüldüyünü təsdiqlədi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
15:1817 Mrt
Milli Məclisdə Rusiyadakı azərbaycanlıların problemləri müzakirə olunub [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:4717 Mrt
İRİA nümayəndə heyəti Çadda rəsmi səfərdə olub [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:1217 Mrt
Azərbaycan Xarici İşlər Nazirliyi İrlandiyanın Milli Gününü təbrik edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:0417 Mrt
İran ABŞ və İsraillə münaqişə zamanı 119 PUA vurduğunu açıqlayıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
01:2217 Mrt
Azərbaycanın Çexiyadakı səfirliyi konsulluq xidmətləri ilə bağlı xəbərdarlıq edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
01:1817 Mrt
İlham Əliyev Qazaxıstan prezidentini təbrik edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
01:0117 Mrt
Bakı və Abşeronda eşidilən dron səsi Azərbaycan Silahlı Qüvvələrinə məxsusdur [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
00:4317 Mrt
Prezident xarici prodüserlərin Azərbaycanda film istehsalına cəlb edilməsini təsdiqlədi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
15:4216 Mrt
Təqaüdçülərin kartlarını talayan şəxs saxlanılıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:3916 Mrt
Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi əməkdaşlarının peşə bayramı günü qeyd olunur [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:1716 Mrt
Prezident İlham Əliyev Möminə xatun türbəsinin bərpası üçün vəsait ayırdı [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:0616 Mrt
İsrail Livanın cənubunda quru əməliyyatlarına başlayıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:5316 Mrt
Xuraman Şabanova: Kənd İcmasının Mədəni İnkişafının Fədakar Nümunəsi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:1716 Mrt
Almaniya Hörmüz boğazında hərbi missiyada iştirak etməyəcək [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:5816 Mrt
Lənkəranda ağır yol qəzası: 1 nəfər ölüb, 1 nəfər ağır yaralanıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:5116 Mrt
İrandakı müharibə dünyanı aclıqla üzləşdirə bilər – qlobal böhran xəbərdarlığı [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:3916 Mrt
Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin hərbçiləri təltif edilib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:2716 Mrt
Ceyhun Bayramov səudiyyəli həmkarı ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
01:5516 Mrt
Çin Tayvan ətrafına 26 hərbi təyyarə göndərdi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
20:1515 Mrt
Lənkəranlı şagirdlər əsgərləri minadan qoruyan “ağıllı çəkmə” hazırlayıblar [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
19:4915 Mrt
Almaniyanın 2. Bundesliga yarışında çıxış edən 1. FC Kaiserslautern növbəti qələbəsini qazanıb. [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
19:1915 Mrt
Rusiyanın İsfahandakı Baş Konsulluğu fəaliyyətini dayandırıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
17:2215 Mrt
Azərbaycanda bu gün tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirilib. [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:5115 Mrt
Neftçala rayonunda bədbəxt hadisə baş verib. [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:5915 Mrt
Müctəba Xameneyi müalicə üçün Rusiyaya aparılıb – iddia [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:0515 Mrt
Tovuzda ana körpə qızını yaşlı qadının evində qoyaraq yoxa çıxıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:0115 Mrt
Goranboyda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:5315 Mrt
Gürcüstanda yaşayan azərbaycanlı yeniyetmə ölkə çempionu oldu [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
00:2915 Mrt
Bakıda azyaşlılar bağlı qapı arxasında qaldı – FHN xilasediciləri mənzilə eyvandan daxil oldu [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
19:1814 Mrt
Azərbaycan şahmatçısı Ülviyyə Fətəliyeva beynəlxalq turnirin qalibi oldu [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
16:4214 Mrt
Hikmət Hacıyev Çin rəsmisi ilə strateji əməkdaşlığı müzakirə etdi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:1914 Mrt
Bütün xəbərlər

© 2022 QanunTv.az - Bütün hüquqlar qorunur.

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə