
Bakı şəhərinin Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən anbarlardan birində güclü yanğın baş verib.
Qanuntv.az xəbər verir ki, yanğınla mübarizə tədbirləri hazırda davam etdirilir.
Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri, xeyli sayda texnika və canlı qüvvə cəlb olunub. Yanğının söndürülməsi və alovun digər anbarlara keçməsinin qarşısının alınması istiqamətində intensiv işlər aparılır.
Əraziyə həmçinin FHN-in aviadəstəsinin helikopterləri də cəlb edilib. Nazir Kəmaləddin Heydərov hadisə yerindədir və prosesə nəzarət edir.
Məlumata görə, polis əməkdaşları da əraziyə cəlb olunaraq vətəndaşların təxliyəsi və təhlükəsizlik tədbirlərinin görülməsini təmin edirlər.
İlkin ehtimala əsasən, yanğına səbəb elektrik naqillərində qısaqapanma ola bilər.
Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir, əlavə məlumat veriləcək.





