
Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Qanuntv.az xəbər verir ki, hadisə Suraxanı rayonunun Zığ qəsəbəsində səhər saatlarında qeydə alınıb.
Məlumata görə, qadın sürücünün idarə etdiyi avtomobil yolu keçmək istəyən piyadanı vurub. Piyada hadisə yerində həyatını itirib.
Qəza nəticəsində ölən şəxsin “BakuBus”da sürücü işləyən, 1964-cü il təvəllüdlü İlqar Dəmir oğlu Əliyev olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.





