
Qanuntv.az xəbər verir ki, Fərid Talıbov Yaponiyaya yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfir kimi etimadnaməsini Naruhitoya təqdim edib.
Bu barədə diplomat sosial şəbəkə hesabında paylaşım edib.
“Bu gün Azərbaycan Respublikasının Prezidenti tərəfindən mənə həvalə olunan mühüm missiya çərçivəsində ölkəmizin Yaponiyadakı fövqəladə və səlahiyyətli səfiri qismində etimadnaməmi əlahəzrət İmperatora təqdim etdim”, – deyə paylaşımda bildirilib.
Qeyd edək ki, etimadnamənin təqdim olunması səfirin rəsmi fəaliyyətə başlamasının əsas diplomatik prosedurlarından biri hesab olunur.





