
Azərbaycan səhiyyəsinin inkişafında əməyi və peşəkarlığı ilə seçilən ziyalı həkimlərdən biri də Şabran Rayon Mərkəzi Xəstəxanasının baş həkimi, tibb üzrə fəlsəfə doktoru Süleymanova Kəmalə Tahir qızıdır. O, uzun illərdir ki, səhiyyə sahəsində yorulmadan fəaliyyət göstərərək həm peşəkar həkim, həm bacarıqlı rəhbər, həm də cəmiyyətin nüfuzlu ziyalı simalarından biri kimi böyük hörmət qazanıb.
Süleymanova Kəmalə Tahir qızı rəhbərlik etdiyi Şabran Rayon Mərkəzi Xəstəxanasında daim yeniliklərin tətbiqinə, vətəndaşlara yüksək səviyyəli tibbi xidmət göstərilməsinə xüsusi diqqət ayırır. Onun rəhbərliyi dövründə xəstəxanada tibbi xidmətin keyfiyyəti yüksəlib, pasiyent məmnuniyyətinin artırılması istiqamətində mühüm addımlar atılıb. Həkim kollektivinin peşəkarlığının artırılması, tibbi intizamın möhkəmləndirilməsi və insanlara qayğıkeş münasibətin formalaşdırılması Kəmalə xanımın fəaliyyətində əsas prinsiplərdən biridir.
Tibb üzrə fəlsəfə doktoru kimi elmi fəaliyyəti ilə də seçilən Kəmalə xanım səhiyyənin inkişafına elmi töhfələr verməklə yanaşı, gənc tibb işçilərinin yetişməsində də mühüm rol oynayır. Onun bilik və təcrübəsi həmkarları tərəfindən yüksək qiymətləndirilir. Savadı, təmkinli idarəçilik bacarığı və insanlara olan həssas münasibəti onu cəmiyyətdə sevilən və nüfuz qazanan rəhbərlərdən birinə çevirib.
Eyni zamanda Şabran Rayon Mərkəzi Xəstəxanası üzrə Yeni Azərbaycan Partiyasının təşkilatçı sədri kimi fəaliyyət göstərən Süleymanova Kəmalə Tahir qızı dövlətçilik prinsiplərinə sadiqliyi, milli-mənəvi dəyərlərə bağlılığı və ictimai fəallığı ilə də seçilir. O, ölkəmizdə həyata keçirilən uğurlu dövlət siyasətini dəstəkləyən, cəmiyyətin rifahı naminə çalışan ziyalı xanımlardan biridir.
Kəmalə xanım öz nümunəvi fəaliyyəti ilə sübut edir ki, həkimlik yalnız peşə deyil, həm də insanlara xidmət missiyasıdır. Onun zəhməti, məsuliyyəti və vətəndaşlara göstərdiyi diqqət Şabran rayonunda səhiyyə sahəsinin inkişafına mühüm töhfə verir.
Qanuntv.az kollektivi olaraq Süleymanova Kəmalə Tahir qızına gələcək fəaliyyətində uğurlar arzulayır, ölkə səhiyyəsinin inkişafı naminə gördüyü işləri yüksək qiymətləndiririk.





