
Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində dələduzluqda şübhəli bilinən 4 nəfər – T.Bədəlov, P.Qurbanov, S.Xəlilov və K.Fətəliyev saxlanılıb.
Araşdırmalarla müəyyən edilib ki, həmin şəxslər zərərçəkmişə dəmir armatur satacaqları vədini verərək onun etibarını qazanıblar. Daha sonra isə müxtəlif bəhanələrlə hissə-hissə pul alaraq ümumilikdə 190 min manat məbləğində dələduzluq ediblər.
Faktla bağlı araşdırmalar davam etdirilir.





