
Bakıda kirayədə birlikdə yaşadığı otaq yoldaşını 16 bıçaq zərbəsi ilə öldürməyə cəhddə təqsirləndirilən İbrahim Əliyevin məhkəməsi yekunlaşıb.
Qanuntv.az xəbər verir ki, proses Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Roman Ələkbərlinin sədrliyi ilə keçirilib və hökm elan olunub.
Qərara əsasən, İbrahim Əliyev 7 il 10 ay 15 gün müddətinə azadlıqdan məhrum edilib.
Məlumata görə, dövlət ittihamçısı Elvin Mirzəyev də çıxışında eyni müddətə cəza təyin olunmasını məhkəməyə təklif etmişdi.
İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxsin əvvəlki məhkumluğu da olub. Hadisə isə otaq yoldaşları arasında məişət mübahisəsi zəminində baş verib.
Mübahisənin idman alətləri, səs-küy və sosial şəbəkədə video izləmə səbəbindən yarandığı, daha sonra isə davaya çevrildiyi bildirilir.
Faktla bağlı Cinayət Məcəlləsinin 29, 120.1-ci maddəsi üzrə ittiham irəli sürülüb.




