
2025/26 mövsümü üzrə futbol üzrə Azərbaycan Kubokunun final oyunu bu gün keçiriləcək.
Həlledici qarşılaşmada Misli Premyer Liqasının yeni çempionu “Sabah” komandası “Zirə” ilə qarşılaşacaq.
Final görüşü FIFA referisi Elçin Məsiyevin idarəçiliyi ilə saat 20:00-da “Palms Sports Arena”da start götürəcək.
Qeyd edək ki, “Sabah” kubokun son qalibidir. “Zirə” isə indiyədək iki dəfə finala yüksəlsə də, kuboku qazanmağa nail ola bilməyib.
Azərbaycan Kuboku – Final
13 may, 20:00
“Sabah” – “Zirə”
Hakimlər:
Baş hakim: Elçin Məsiyev
Köməkçilər: Elşad Abdullayev, Pərvin Talıbov, Əli Əliyev
Ehtiyat köməkçi hakim: Gülnurə Əkbərzadə
VAR: Tural Qurbanov
AVAR: Rəhman İmami
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi: Anar Şıxəliyev
Oyun “Palms Sports Arena”da keçiriləcək.





