
Mayın 11-də Azərbaycan Ordusunun hərbi qulluqçuları Məhəmməd Əlibaba oğlu Hüseynov və Kamil Cəmil oğlu Qaflanov xidməti vəzifələrini yerinə yetirərkən Kəlbəcər rayonu ərazisində minaya düşüblər.
Qanuntv.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, xəsarət alan hərbi qulluqçular yaxınlıqdakı tibb müəssisəsinə təxliyə ediliblər. Onlara dərhal ilkin tibbi yardım göstərilib.
Hazırda hərbçilərimizin vəziyyətinin stabil olduğu, müalicələrinin hərbi tibb müəssisəsində davam etdirildiyi qeyd olunub.





