
Qardabani bölgəsində, azərbaycanlıların kompakt yaşadığı Birlik kəndi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.
QanunTV.az xəbər verir ki, məlumata görə yüksək sürətlə hərəkət edən BMW markalı avtomobil ağaca çırpılıb.
Nəticədə 7 nəfər həyatını itirib, daha 1 nəfər isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
Qəza nəticəsində ölənlərin hamısının yerli azərbaycanlı gənclər olduğu, onlardan ikisinin isə qardaş olduğu bildirilir.
Hadisə ilə bağlı Gürcüstan Daxili İşlər Nazirliyi məlumatı təsdiqləyib və araşdırma aparılır.





