
Şanlı Zəfərdən sonra işğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işləri aparılsa da, mina təhlükəsi hələ də ciddi problem olaraq qalır.
Qanuntv.az xəbər verir ki, Ermənistan tərəfindən həyata keçirilən kütləvi minalama siyasəti bu gün region üçün həm humanitar, həm də təhlükəsizlik baxımından əsas təhdidlərdən biri kimi qiymətləndirilir. Mina təhlükəsi insanların doğma yurdlarına qayıdışını çətinləşdirir və bərpa prosesinin sürətinə mənfi təsir göstərir.
Politoloq Yeganə Hacıyeva Baku TV-yə açıqlamasında bildirib ki, mina partlayışları nəticəsində baş verən itkilər bu problemin uzunmüddətli təhlükə olduğunu göstərir.
O qeyd edib ki, gələcəkdə də azad edilmiş ərazilərdə oxşar hadisələrin baş vermə riski qalır və bu məsələyə görə məsuliyyət daşıyan tərəf Ermənistan olmalıdır.





