
Hantavirusun insanlar üçün COVID-19 qədər təhlükə yaratmadığı açıqlanıb.
Bu barədə rusiyalı tibb elmləri namizədi, Perm National Research Polytechnic University-nin baş elmi işçisi Valery Litvinov “RİA Novosti”yə müsahibəsində danışıb.
Virusoloq bildirib ki, koronavirus çox sürətlə və minimal təmas zamanı insandan insana ötürülür. Hantavirus üçün isə belə xüsusiyyət xarakterik hesab edilmir.
“Bu virus təbii ocaqlı infeksiyadır və əsasən heyvanlarla əlaqəlidir. Xəstəliyin əsas daşıyıcıları siçan və siçovullardır. Onlar virusu əksər hallarda simptomsuz keçirirlər”, - deyə Litvinov qeyd edib.
Mütəxəssisin sözlərinə görə, gəmiricilər yalnız bəzi hantavirus növlərinə yoluxduqları zaman tələf olurlar. O vurğulayıb ki, insanlarda xəstəlik əksər hallarda ağır formada keçmir.
Qeyd edək ki, mayın 10-da Spainda göyərtəsində hantavirus epidemiyası qeydə alınan “MV Hondius” kruiz gəmisindən sərnişinlərin təxliyəsinə başlanılıb.
Məlumata görə, 14 nəfərdən ibarət ilk ispaniyalı sərnişin qrupu Madrid şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib. Ministry of Health of Spain bildirib ki, həmin şəxslərdə hələlik infeksiya əlamətləri aşkarlanmayıb.
Bununla belə, daha əvvəl gəmidə hantavirusa yoluxma halları qeydə alınıb və üç sərnişinin həyatını itirdiyi bildirilib.
Mütəxəssislər insanlara gəmiricilərlə təmasdan uzaq durmağı, gigiyena qaydalarına ciddi əməl etməyi və qapalı məkanlarda sanitariya normalarına diqqət yetirməyi tövsiyə edirlər.





