
Sabirabad rayonunda sirkə turşusundan zəhərlənən kişi həyatını itirib.
Məlumata görə, Əbülhəsən Həsənov sirkə turşusundan zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Həkimlərin bütün səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Əbülhəsən Həsənovun ölümü mayın 11-də tibb müəssisəsində qeydə alınıb.
Faktla bağlı araşdırma aparılır.





