
Sabirabad rayonunda bir ailənin dörd üzvü zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Hadisə rayonun kəndlərindən birində qeydə alınıb. Belə ki, Cəfərovlar ailəsinin dörd üzvü zəhərlənmə əlamətləri ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. Onlara zəruri tibbi yardım göstərilib və vəziyyətləri stabilləşdiyi üçün ambulator müalicə üçün evə buraxılıblar.
Lakin ailənin üzvü, kənd sakini, 2015-ci il təvəllüdlü Cəfərov Hüseyn Cavanşir oğlunun vəziyyəti sonradan yenidən ağırlaşıb. O, təcili olaraq yenidən xəstəxanaya aparılsa da, təəssüf ki, xəstəxanaya çatdırılanadək ölüm faktı qeydə alınıb.
Faktla bağlı araşdırma aparılır.
QanunTV.az





