
Goranboy rayonunda əmi oğlanları arasında baş verən mübahisə qanla nəticələnib.
Qanuntv.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Sarovlu kəndində qeydə alınıb.
Məlumata görə, kənd sakinləri – 2002-ci il təvəllüdlü K.Mürsəlli ilə əmisi oğlu, 1994-cü il təvəllüdlü Bayram Mürsəlli arasında şəxsi münasibətlər zəminində mübahisə yaranıb. Münaqişə daha sonra davaya çevrilib.
Hadisə zamanı K.Mürsəlli əmisi oğlu Bayram Mürsəlliyə bud nahiyəsindən bıçaq xəsarəti yetirib.
Yaralı dərhal xəstəxanaya çatdırılıb. Ona tibbi yardım göstərildiyi, vəziyyətinin kafi olduğu bildirilir.
Hadisəni törətməkdə şübhəli bilinən 24 yaşlı K.Mürsəlli polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.





