
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Paraqvay Respublikasının Prezidenti Santyaqo Peña-ya təbrik məktubu ünvanlayıb.
Məktubda Paraqvayın milli bayramı – Müstəqillik Günü münasibətilə dövlət başçısına və xalqına səmimi təbriklər çatdırılıb.
Dövlət başçısı qeyd edib ki, Azərbaycan ilə Paraqvay arasında dostluq münasibətlərinin inkişafı, ikitərəfli və çoxtərəfli əməkdaşlığın genişləndirilməsi istiqamətində səylər bundan sonra da davam etdiriləcək.
Təbrikdə Paraqvay xalqına sülh, əmin-amanlıq və rifah, Prezident Santyaqo Penyaya isə möhkəm cansağlığı və fəaliyyətində uğurlar arzulanıb.





