
Azərbaycan Respublikası Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Qlobal Cənub QHT Platformasının (GSNP) I Baş Assambleyasında çıxış edib.
Məlumata görə, o, çıxışında uzun illər davam edən münaqişədən sonra Ermənistan ilə münasibətlərin normallaşmasının Azərbaycanın regionda sülh və sabitliyə sadiqliyini göstərdiyini bildirib.
Hikmət Hacıyev qeyd edib ki, Azərbaycan Qlobal Cənubun bir hissəsi kimi keçmişdə işğal, hərbi təcavüz, mədəni irsin məhv edilməsi və genişmiqyaslı dağıntılarla üzləşib.
Onun sözlərinə görə, bu gün ölkə ərazisinin təxminən 13 faizi minalarla çirklənmiş vəziyyətdə qalır və bu, münaqişənin ağır mirasıdır.
Bununla yanaşı, o vurğulayıb ki, Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü bərpa etdikdən sonra regionda yeni əməkdaşlıq mərhələsinə keçid üçün imkan yaranıb.
Çıxışda qeyd olunub ki, ölkənin əsas məqsədi Cənubi Qafqazda davamlı sülhün və qarşılıqlı fəaliyyətin formalaşdırılmasıdır.





