
İngiltərədə yaşayan 34 yaşlı azərbaycanlı Natəvan Qasımzadə faciəli şəkildə vəfat edib.
Məlumata görə, onun hamiləlik dövründə yaranan ciddi sağlamlıq problemi ölümünə səbəb olub. Bu barədə mərhumun yaxınları sosial şəbəkələrdə paylaşım edərək məlumat veriblər.
Bildirilib ki, Natəvan Qasımzadənin vaxtsız ölümü yaxınları və onu tanıyan insanlar arasında böyük üzüntü ilə qarşılanıb. Sosial şəbəkələrdə mərhumun xatirəsinə çoxsaylı başsağlığı mesajları paylaşılır.
Qeyd edək ki, hadisənin detalları ilə bağlı əlavə məlumat verilməyib.
Allah rəhmət eləsin.





