
Tovuz rayonunda ana və 11 yaşlı övladının küçədə yaşaması ilə bağlı məlumat Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən dərhal nəzarətə götürülüb.
Komitədən bildirilib ki, aparılmış ilkin araşdırmalar və mövcud vəziyyətin qiymətləndirilməsi nəticəsində aidiyyəti qurumlarla birgə təxirəsalınmaz tədbirlər görülüb. Ana tibb müəssisəsinə, uşaq isə xəstəxanaya yerləşdirilib.





