
Qazaxıstanın Mədəniyyət və İnformasiya Nazirliyi yaşı 16-dan az olan şəxslərin sosial media platformalarına çıxışını məhdudlaşdıran qanun layihələri hazırlayıb.
Layihəyə əsasən, 16 yaşdan aşağı uşaqlar müəyyən sosial şəbəkələrdə hesab açmaq və ya fəaliyyət göstərmək imkanından məhrum ola bilərlər. Nazirlik hesab edir ki, bu addım gənclərin internetdə təhlükəsizliyini artırmaq və onların informasiya təhlükəsizliyini qorumaq məqsədini daşıyır.
Hazırda qanun layihəsi parlamentdə müzakirə mərhələsindədir və tətbiq olunması üçün əlavə qaydaların hazırlanması nəzərdə tutulur.





