
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Aydın şəhərində yeni inşa olunmuş yaşayış binaları və xəstəxananın açılış mərasiminə qatılıb. Dövlət başçısının tədbirdəki səmimi davranışı yerli medianın diqqətini çəkib.
Mərasim zamanı bir məktəbli qız Ərdoğanın əlini öpmək istəyib və Prezident bu jesti geri çevirməyib. Ardınca qızın atası da Prezidentin əlini öpüb. Ərdoğan isə ona 200 lirə (təxminən 8 manat) xərclik təqdim edib.
Bu hərəkət Türkiyə ictimaiyyətində müzakirə yaradıb. Bəzi insanlar Ərdoğanın səmimiyyətini tərifləsə də, məbləğin azlığına görə onu tənqid edənlər də olub.





