
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İran Prezidenti Məsud Pezeşkianla telefon danışığı aparıb.
QanunTV xəbər verir ki, telefon söhbəti zamanı Türkiyə–İran ikitərəfli münasibətləri, həmçinin regional proseslər ətrafında fikir mübadiləsi aparılıb.
Prezident Ərdoğan Türkiyənin İranın sabitliyinə böyük önəm verdiyini bildirib və ölkəyə qarşı hər hansı xarici müdaxiləni dəstəkləmədiklərini vurğulayıb. O, regionda gərginliyin artmasının qarşısının alınmasının Türkiyənin milli maraqlarına uyğun olduğunu qeyd edib.
Telefon danışığında bölgədə sülhün və sabitliyin qorunmasının vacibliyi də diqqətə çatdırılıb.





