
Bakının Səbail rayonunda fərdi yaşayış evində baş verən yanğın zamanı iki nəfərin yanmış meyiti tapılıb.
Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, birmərtəbəli, ikiotaqlı evin bir otağı 20 kvadratmetr sahədə yanıb. Hadisə yerində tapılan meyitlər aidiyyəti qurumlara təhvil verilib.
Yanğınla bağlı araşdırmalar davam edir.





