
Bakı, Qanuntv.az – Nizami rayonunda gənc oğlan qəfil vəfat edib.
“Qanuntv.az”ın məlumatına görə, hadisə Bəhruz Nuriyev küçəsində baş verib. Dünən saat 13 radələrində Lənkəran rayon sakini, 2005-ci il təvəllüdlü Yaqub Yaqubov küçədəki 79 saylı binanın qarşısında qəfil ölüb.
Tibbi ekspertizanın ilkin rəyinə görə, gəncin vəfatına infarkt səbəb olub. Hadisə ilə bağlı araşdırma aparılır.





