
ABŞ-nin “Vaşinqton Spirit” klubunun və milli komandasının üzvü Triniti Rodman dünyanın ən çox maaş alan qadın futbolçusu olub.
QanunTV.az xəbər verir ki, bu barədə ESPN nəşri məlumat yayıb.
Məlumata görə, sabiq basketbol ulduzu Dennis Rodmanın 23 yaşlı qızı klubla üçillik yeni müqavilə imzalayıb. 2028-ci ilədək qüvvədə olacaq müqaviləyə əsasən Triniti Rodman bonuslar da daxil olmaqla illik təxminən 2 milyon dollar gəlir əldə edəcək.
Qeyd edək ki, Rodman 2021-ci ildən “Vaşinqton Spirit” klubunun formasını geyinir. O, 2024-cü ildə Parisdə keçirilən Yay Olimpiya Oyunlarında ABŞ millisinin heyətində çıxış edib və turnir ərzində 3 qol vurub. Final qarşılaşmasında ABŞ millisi Braziliya yığmasına qalib gələrək qızıl medal qazanıb.





