
Bakı, 22 yanvar – Qanuntv.az xəbər verir ki, Prezident İlham Əliyev Davos Dünya İqtisadi Forumunda Azərbaycanın Sülh Şurasına təsisçi üzv dövlət qismində qoşulması barədə sənədi imzalayıb.
"Report"un İsveçrəyə ezam olunan müxbirinin məlumatına görə, imzalama mərasimində ABŞ Prezidenti Donald Tramp və Sülh Şurasına qoşulmaq üçün dəvəti qəbul edən digər ölkələrin liderləri iştirak edib.
Azərbaycanın Sülh Şurasına üzvlüyü ölkəmizin beynəlxalq sülh təşəbbüslərində iştirakını gücləndirəcək və qlobal əməkdaşlıq proseslərinə töhfə verəcək.





