
ABŞ-nin Nyu-York şəhərinin Bronks rayonunda 17 mərtəbəli yaşayış binasında yanğın hadisəsi baş verib.
QanunTV.az “Report”a istinadən xəbər verir ki, “Associated Press” (AP) agentliyinin məlumatına görə, partlayışla müşayiət olunan yanğın binanın iki mərtəbəsini əhatə edib. Hadisə nəticəsində bir nəfər ölüb, 14 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralılardan birinin vəziyyətinin ağır olduğu bildirilir.
Məlumata görə, yanğın zamanı təxminən 13 mənzilə ciddi ziyan dəyib.
Nyu-York şəhərinin meri Zöhran Mamdani bildirib ki, təhlükəsizlik məqsədilə binadakı bütün kommunikasiyalar söndürülüb. Nəticədə 148 mənzildə yaşayan sakinlər təxliyə olunaraq yaxınlıqdakı məktəbə yerləşdirilib.
Hadisənin səbəbləri araşdırılır.





