
Bakı, 22 yanvar – NATO-nun Baş katibinin müavini Radmila Şekerinska rəsmi səfər çərçivəsində Azərbaycana gəlib. Səfər çərçivəsində o, ADA Universitetini ziyarət edərək universitet rəhbərliyi və tələbələrlə görüşüb, NATO-nun əsas vəzifələri, sülh və təhlükəsizliyin təmin olunmasında alyansın rolu və Azərbaycan–NATO əməkdaşlığı mövzularında müzakirələr aparıb.
Görüşlərdə həmçinin Azərbaycanın NATO ilə əməkdaşlığının müxtəlif aspektləri, o cümlədən Azərbaycan tərəfinin NATO-nun sülhü dəstəkləyən əməliyyatlarında iştirakı və Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfələr vurğulanıb.
Radmila Şekerinska səfəri çərçivəsində Azərbaycanın xarici siyasət rəhbərliyi və Milli Məclisin nümayəndələri ilə görüşlər keçirəcək və beynəlxalq əməkdaşlıq mövzularında fikir mübadiləsi aparacaq.





