
ABŞ Prezidenti Donald Tramp Davos İqtisadi Forumunda çıxışı zamanı ölkəsinin qlobal iqtisadiyyatda həlledici rol oynadığını bəyan edib.
QanunTV.az xəbər verir ki, Tramp ABŞ-ı “planetin iqtisadi mühərriki” adlandıraraq bildirib ki, Amerika iqtisadiyyatı inkişaf etdikdə bunun müsbət təsiri bütün dünyada hiss olunur.
“ABŞ planetin iqtisadi mühərrikidir və Amerika inkişaf edəndə, bütün dünya inkişaf edir. Tarix boyu belə olub. Pis olanda da pis olur – hamımız aşağı gedirik. Yaxşı olanda isə hamınız bizimlə birlikdə yuxarı qalxırsınız”, – deyə Tramp vurğulayıb.
Onun sözlərinə görə, ABŞ iqtisadiyyatının güclənməsi qlobal bazarlarda sabitliyin və inkişafın əsas təminatçılarından biridir. Tramp çıxışında beynəlxalq iqtisadi əməkdaşlığın vacibliyinə də toxunub.





